ABŞ Copa America ya yenidən ev sahibliyi edə bilər

22.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2028-ci il "Copa America" ​​turnirinin yenidən ABŞ-da keçirilməsi planlaşdırılır. Sport24.az xəbər verir ki, bu barədə "O Globo" məlumat yayıb. 

Mənbənin sözlərinə əsasən, noyabrın 20-də Kolumbiyanın Barrankilya şəhərində keçirilən CONMEBOL şurasının iclasında təşkilatın prezidenti Alexandro Dominqes Uilson-Smit 2028-ci il turnirinin ABŞ-da baş tutacağını bildirib.

Bu qərar hələ rəsmi olaraq elan edilməyib. Əgər təsdiqlənərsə, bu, son beş turnirdən üçünün ABŞ-da keçirilməsi demək olacaq.

2028-ci il "Copa América" ​​turnirinin dəqiq tarixləri hələ məlum deyil.

Qeyd edək ki, əvvəlki turnir 2024-cü ildə ABŞ-da keçirilib. Həmin yarışda CONMEBOL-a üzv olan on milli komanda ilə yanaşı, CONCACAF-dan dəvət olunmuş altı komanda – ABŞ, Meksika, Kanada, Panama, Kosta-Rika və Yamayka iştirak edib. Turnir hər iki konfederasiya tərəfindən birgə təşkil olunub.

"The Athletic" nəşrinin məlumatına görə, CONCACAF milliləri 2028-ci ildə baş tutacaq turnirə vəsiqə qazanmaq imkanına yenidən sahib olacaqlar, lakin seçmə mərhələnin təfərrüatları və konfederasiyaya ayrılacaq yerlərin sayı hələ müəyyənləşməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью