ABŞ da 2 başı olan kral pitonu yetişdirildi

13.09.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

ABŞ-ın Yucin şəhərində heyvandarlar Castin Stüart və Kari Cekson iki başı olan kral pitonu  yetişdiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə "What’s The Jam" nəşri yazıb.
Stüart yumurtadan çıxan iki burun görüb və əvvəlcə əkizlərin yumurtadan çıxdığını düşunüb. Lakin qısa müddət sonra heyvandarlar balanın tək bədənə sahib olduğunu görüblər. Hər iki baş sərbəst hərəkət edir, su içir, dillərini çıxarır və toxunmalara reaksiya verir. Heyvandarların müşahidələrinə görə, ilan ağrı hiss etmir.
 

O, hazırda ilk qabıqdəyişməsini başa vurur, çəkisi təxminən 70 qram, uzunluğu isə 18–20 santimetrdir. Sürünənin boyunların birləşdiyi yerdə kiçik qabarıqlıq nəzərə çarpır, sol başının çənəsi isə yüngülvari əyilib. Heyvandarlar daxili quruluşunu öyrənmək və şəkillər çəkdirmək üçün ilanı baytara yazdırıblar.


Belə vəziyyət bitsefaliya və ya ditsefaliya adlanır. Bu, embrion bir yumurta əkizlərinə bölünməyə başladıqda, lakin proses başa çatmadıqda baş verir. Belə heyvanların əksəriyyətində koordinasiya və qidalanma ilə bağlı problemlər yaranır, buna görə də onların yetişkin yaşa çatmaq şansları azdır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью