Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Senatının hər iki partiyasını təmsil edən altı senator prezident Trampın Rusiyadan dizel yanacağının idxalına icazə vermək qərarının Rusiya enerji resurslarının idxalını qadağan edən 2022-ci il qanununu pozduğunu bildiriblər.
Senatorlar administrasiyadan qərarı yenidən nəzərdən keçirməyi və əvvəlki mövqeyinə qayıtmağı tələb edirlər.
Onlar həmçinin Ağ Evi bu addımı atmazdan əvvəl Konqreslə məsləhətləşməməkdə ittiham edirlər.