ABŞ da 6000 dən çox tələbənin vizası ləğv edilib

19.08.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Dövlət Departamentinin 6000-dən çox tələbə vizasını viza müddətinin artırılmasını terror və qanun pozuntuları səbəbiylə ləğv etdiyi barədə "Fox News"un xəbərini təsdiqləyə bilərik".

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, bu vizaların ləğvinin böyük əksəriyyəti “hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmək, oğurluq və terrorizmə dəstək” səbəbindən baş verib. Həmçinin qeyd olunub ki, təxminən 4000 vizanın qanun pozuntularına görə, təxminən 200-300 viza isə "terror səbəbilə" ləğv edilib.

ABŞ-ın “Fox News” xəbər kanalı bundan əvvəl ABŞ Dövlət Departamentinin “hücumlar, oğurluqlar və terrora dəstək” ittihamı ilə 6000-dən çox tələbənin vizasını ləğv etdiyini bildirmişdi. Hesabatda vurğulanıb ki, Fələstin tərəfdarı etirazlarda iştirak edən tələbələr daha çox vizaların ləğvinə məruz qalırlar.

ABŞ dövlət katibi Marko Rubio may ayında Fələstin tərəfdarı etiraz və nümayişlərə qatılan tələbələrin viza statusunu nəzərdən keçirdiklərini və vizalarının ləğv ediləcəyini bildirmişdi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью