ABŞ da 700 mindən çox məktəbli deportasiya təhlükəsi altındadır

25.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

730 mindən çox amerikalı məktəbli deportasiya təhlükəsi altındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Nəşrin məlumatına görə, bu narahatlıqlar ABŞ prezidenti Donald Trampın administrasiyası miqrasiya xidmətlərinin xəstəxanalar, kilsələr və məktəblərdən yan keçməyəcəyini bəyan etdikdən sonra yaranıb.
Qeyd olunur ki, bu baxımdan ABŞ sakinləri vətəndaşlığı olmayan uşaqlarının evdən çıxmasına icazə verməyə qorxurlar. Məktəb rəsmiləri uşaqların həftələrlə dərsdən yayınacağından narahatdırlar. Materialda deyilir ki, bu, onların sosial və akademik inkişafına zərər verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью