Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
1992-ci ildə Floridada həyat yoldaşını öldürməkdə günahkar bilinən 74 yaşlı Dasti Rey Spenser, ştatın tarixində edam edilən ən yaşlı məhbus olub.
Sitat.info xəbər verir ki, Spenser 1992-ci ildə törətdiyi qətlə görə Florida Dövlət Həbsxanasında edam edilib.
İnyeksiya yolu ilə edam edilən Spenser, ştatın müasir tarixində edam edilən ən yaşlı məhbus oldu.
Bundan əlavə, gələn ay ştatda daha bir 74 yaşlı məhbusun edam edilməsi planlaşdırılır.
Səid,
Sitat.info