Icma.az, Modern.az saytına istinadən bildirir.
ABŞ Müdafiə Nazirliyi İkinci Dünya müharibəsindən sonra məhkum edilmiş amerikalı hərbçinin ilk dəfə güllələnərək edam ediləcəyi tarixi açıqlayıb.
Modern.az xəbər verir ki, 2009-cu ildə Texasdakı hərbi bazada 13 nəfəri öldürən Nidal Malik Həsən dekabrın 3-də edam ediləcək.
ABŞ Ordusunun səlahiyyətlərini icra edən naziri Adam Telle tərəfindən imzalanan memorandumda edamın 2026-cı il dekabrın 3-də, cümə axşamı, Texas ştatının Fort-Hud hərbi bazasında yerli vaxtla saat 13:00-da həyata keçiriləcəyi bildirilib.
Məmurun sözlərinə görə, tarix ABŞ Prezidenti Donald Trampın 2009-cu ildə Fort-Hud hərbi bazasına hücumda təqsirli bilinən Nidal Malik Həsənlə bağlı qərarının icrası çərçivəsində müəyyənləşdirilib.
Tibb xidməti mayoru və hərbi psixiatr olan Nidal Həsən 5 noyabr 2009-cu ildə Texasdakı Fort-Hud hərbi bazasında xaricə göndərilməyə hazırlıq mərkəzinə daxil olub. O, “Allahu Əkbər!” deyə qışqıraraq silahsız hərbçilərə tapançadan atəş açıb.
Hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Həsən hadisə yerinə gələn polis əməkdaşları tərəfindən ağır yaralanıb, beldən aşağı iflic olub və saxlanılıb. İstintaq onun motivini radikal islamçı ideologiya ilə əlaqələndirib.
ABŞ Silahlı Qüvvələrində sonuncu güllələnmə yolu ilə edam 1945-ci ilin noyabrında həyata keçirilib. Həmin vaxt sıravi hərbçi fərarilikdə təqsirli bilinərək güllələnib.