ABŞ da ATIŞMA: 3 nəfər öldü, yaralılar var

09.04.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

ABŞ-ın Virciniya ştatının Frederikberq şəhəri yaxınlığında baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Spotsilvaniya dairəsinin şerif idarəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisənin səbəbləri və şübhəlilərin kimliyi hələ müəyyən olunmayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью