ABŞ da atışma nəticəsində 12 nəfər yaralanıb

07.06.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ-ın Ohayo ştatının Toledo şəhərində keçirilən ənənəvi “Old West End” festivalı yaxınlığında silahlı insident baş verib.

APA xəbər verir ki, məlumata görə, qəfildən azı iki nəfər bir-birinə atəş açmağa başlayıb və nəticədə ətrafdakı insanlar da güllələrə tuş gəlib.

Toledo polisi atışmada 12 nəfərin yaralandığını təsdiqləyib, onlardan ikisinin vəziyyəti ağırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью