ABŞ da atışma: YARALILAR VAR VİDEO

07.06.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Ohayo ştatında "Old West End" festivalının yaxınlığında atışma baş verib, nəticədə bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki,  bu barədə informasiyanı yerli polis yayıb.
"Təxminən saat 17:37-də Tolido polisi Delaver--avenyu və Qlenvud-avenyu ərazisində, "Old West End" Festivalının yaxınlığında bir nəfərin güllə yarası alması üzrə cağırışa gəlib. Hadisə yerinə çatdıqdan sonra polis bir neçə atışma qurbanı aşkar edib. Yaralıların çoxu yaxınlıqdakı tibb müəssisələrinə aparılıb", - deyə polis bildirib.
Polis "bir və ya daha çox şübhəli şəxsin" axtarışını aparır. Yaralıların sayı, onların vəziyyəti və ya hadisənin səbəbi barədə məlumat hələlik açıqlanmayıb.


Bizim.Media
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью