ABŞ da avtomobil mağazaya çırpılıb: Üç nəfər ölüb, yeddi nəfər yaralanıb

06.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 6 fevral, AZƏRTAC

Kaliforniyanın Los-Anceles şəhərində avtomobilin baqqal mağazasına çırpılması nəticəsində ən azı üç nəfər ölüb, yeddi nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli “ABC News” filialı məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib, lakin ilkin məlumatlara görə, hadisə qəsdən törədilməyib. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью