ABŞ da azərbaycanlı qadın mağaza oğurluğunda ittiham olunub

02.10.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Pensilvaniya ştatının Warrington şəhərində 58 yaşlı Marüfət Sabirova mağaza oğurluğunda ittiham olunaraq saxlanılıb.

Gununsesi.info xəbər verir ki, hadisə sentyabrın 20-də Wegmans supermarketində baş verib.

Polisə verilən məlumata görə, qadın mağazadan 122,45 dollar dəyərində məhsul götürərək pul ödəmədən mağazanı tərk edib.

Mağazanın təhlükəsizlik əməkdaşları məhsulları geri qaytarsalar da, qadının hadisə yerindən qaçdığı bildirilir. Polis onu qısa müddət sonra yaxınlıqdakı yaşayış məhəlləsində müəyyən edərək saxlayıb.

Sabirova polis bölməsinə aparılıb, qeydiyyat prosedurlarından keçirildikdən sonra sərbəst buraxılıb.

Hadisə ilə bağlı ona “Retail Theft” (mağaza oğurluğu) maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, polis məlumatında ittihamların yalnız iddia xarakterli olduğu və məhkəmədə təqsiri sübut olunana qədər şəxsin günahsız hesab edildiyi vurğulanır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью