ABŞ da bayraqlar bir həftə yarıyadək endiriləcək

26.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 26 avqust, AZƏRTAC

Bu axşam Şərq vaxtilə saat 18:00-dan başlayaraq həftə ərzində ABŞ-da bayraqlar yarıyadək endiriləcək.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp əfsanəvi kantri musiqi ifaçısı Dolly Partonun ölümü ilə əlaqədar belə bir əmr verib.

“Ən böyük kantri müğənnilərindən biri olan Dolli Partonun vəfat etdiyini bildirmək çox kədərlidir. Bu, milyonlarla insan üçün əsl itkidir. Onun kimisi heç vaxt olmayıb və heç vaxt olmayacaq”,- deyə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью