ABŞ da cinayətkar qrup üzvü qətlə görə 100 il həbs cəzası alıb

31.07.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın İndiana ştatında məhkəmə cinayətkar dəstənin tərkibində qadını öldürməkdə təqsirli bilinən yeniyetməni 100 il müddətinə azadlıqdan məhrum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, 15 yaşlı Komaci Lerri 2025-ci ilin fevralında İndianapolis şəhərinin ətrafında yerləşən Anderson şəhərində gecə klubunun yaxınlığında 26 yaşlı Dayla Sveyni güllələyərək öldürüb.

İnsident zamanı daha bir qadın odlu silahdan açılan atəş nəticəsində yaralanıb, üçüncü qadını isə atışma yerindən qaçmağa çalışan avtomobil sürücüsü vurub.

Prokurorluğun məlumatına görə, Sveyn başqa bir qətlin şahidinə qarşı planlaşdırılan, lakin uğursuz alınan sui-qəsd cəhdi zamanı öldürülüb.

Məhkəmə Lerriyə qətldə iştirakına görə 50 il, cinayətkar dəstənin üzvü olduğuna görə isə əlavə 50 il həbs cəzası verib. Beləliklə, onun ümumi cəzası 100 il təşkil edib.

Hadisə üzrə digər təqsirləndirilən şəxslər də ağır cəzalar alıblar. Lerrinin ortaqları olan 19 yaşlı Raşan Samuels 125 il, Kairi Kreyver isə 90 il müddətinə həbs olunub. Onların cəzalarının yarısı qətl, digər yarısı isə cinayətkar qrupda iştirakla bağlıdır.

ABŞ-da bəzi hallarda, xüsusilə ağır cinayətlər üzrə, yetkinlik yaşına çatmayan şəxslər də məhkəmənin qərarı ilə uzunmüddətli həbs cəzaları ala bilirlər. Lakin belə hallar ictimaiyyətdə və hüquq ekspertləri arasında tez-tez müzakirələrə səbəb olur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью