ABŞ da daha 875 aviareys ləğv edildi: Ağ Ev həyəcan təbili çaldı

15.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-da hava hərəkətini idarəetmə sistemində yaranan texniki nasazlığın səbəb olduğu aviasiya böhranı üçüncü gündür ki, davam edir. Son iki gündə 15 600-dən çox uçuş ləğv edilib, bazar günü üçün isə daha 875 aviareysin ləğvi elan olunub.
Bizim.Media “FlightAware” məlumatlarına istinadən xəbər verir ki, böhran noyabrın 13-də başlayıb. Federal Aviasiya Administrasiyası (FAA) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə ölkə üzrə uçuşları təxminən beş saatlıq dayandırıb. Bu, 2001-ci il 11 sentyabr terror hücumlarından bəri ABŞ-da tətbiq edilən ən uzunmüddətli uçuş məhdudiyyəti olub.
 

Böhranla əlaqədar Ağ Evdə təcili iclas keçirilib. İlkin araşdırmalarda problemin kiberhücumdan qaynaqlandığını təsdiqləyən sübut aşkarlanmayıb. Nasazlığın hava hərəkətinə nəzarət sistemində kommunikasiya avadanlığının yenilənməsi zamanı baş verdiyi bildirilib.


ABŞ-ın nəqliyyat naziri Şon Daffi hava hərəkətinə nəzarət infrastrukturunun yenilənməsi üçün Konqresdən 50 milyard dollar vəsait ayrılmasını istəyib.
FAA rəhbəri Brayan Bedford uçuşların noyabrın 15-də, bazar gününün sonuna doğru əsasən normallaşacağını gözlədiklərini bildirib. Bununla belə, gecikmə və ləğvlərin davam edə biləcəyi qeyd olunub.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью