ABŞ da daxili təhlükəsizlik üzrə katibin çantası oğurlanıb

22.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 22 aprel, AZƏRTAC

ABŞ-ın daxili təhlükəsizlik üzrə katibi Kristi Noemin paytaxt Vaşinqtonda restoranda yemək yeyərkən çantası oğurlanıb.

AZƏRTAC-ın məlumatına görə, o, hadisənin ötən gün yerli vaxtla axşam saatlarında baş verdiyini təsdiqləyib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, Noemin təhlükəsizliyini təmin edən Məxfi Xidmət restoranın təhlükəsizlik kamerası görüntülərini nəzərdən keçirib və tibbi maska taxan naməlum ağdərili şəxsin çantanı oğurlayıb restoranı tərk etdiyini görüb.

Çantada katib Noemin sürücülük vəsiqəsi, dərmanları, mənzilinin açarları, pasportu, Daxili Təhlükəsizlik Departamentinə giriş nişanı, makiyaj çantası və təxminən 3 min dollar pul olub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью