ABŞ da dəhşət: 22 nəfər öldü VİDEO KONKRET

17.05.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Kentukki ştatında baş vermiş güclü tornado nəticəsində 20 nəfərdən çox insan həlak olub.

KONKRET.az xəbər verir ki, təbii fəlakət St. Luis və London şəhərlərinə zərbə endirib. Hadisə yerində aparılan ilkin hesabatlara görə, təxminən 5 minə yaxın ev ciddi dağıntıya məruz qalıb.

Axtarış-xilasetmə işləri hələ də davam edir, yerli hakimiyyət orqanları isə ölənlərin sayının artacağını istisna etmir.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью