ABŞ da Demokratların qələbəsi Maska baha başa gəldi

05.11.2026

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratların uğur qazanması İlon Maskın şirkətlərinin səhmlərinə mənfi təsir göstərib.

Banco.az  xəbər verir ki, seçkilərin ilkin nəticələrindən sonra "Tesla" və "SpaceX "şirkətlərinin səhmləri birjadankənar ticarətdə 5%-ə qədər ucuzlaşıb.

Məlumata görə, Demokratların Konqresdə mövqelərini gücləndirməsi süni intellekt sektorunda daha sərt tənzimləmələrin tətbiqi ilə bağlı narahatlıqları artırıb. Bu ehtimal investorların şirkətlərin gələcək perspektivlərinə dair gözləntilərinə də təsir edib.

Bundan əlavə, seçkilərin nəticələri "Tesla" ilə "SpaceX" arasında mümkün birləşmə perspektivlərini də sual altına alıb. Analitiklərin fikrincə, Demokratların Konqresdə güclənməsi belə bir razılaşmanın təsdiqlənməsi prosesini ləngidə bilər.

First New York şirkətinin nümayəndəsi Vikram Rai bildirib ki, Demokratların qələbəsi hər iki şirkətin səhmləri üçün ciddi bazar riskləri yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью