ABŞ da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq

05.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ federal hökuməti dövlət qulluğuna qəbul prosesində süni intellektdən istifadə etməyə başlayır.

APA xəbər verir ki, ilkin mərhələdə “Tech Force” proqramına müraciət edən namizədlərlə müsahibələri süni intellekt agentləri aparacaq.

Sistem namizədlərə standart suallar verəcək, müsahibələri qeydə alacaq, stenoqram hazırlayacaq və nəticələri işə qəbul üzrə məsul şəxslərə təqdim edəcək.

Müsahibələr səsli, görüntülü və ya mətn formatında keçirilə biləcək. Bununla belə, yekun işə qəbul qərarını insanlar verəcək.

ABŞ hökuməti bu sistemlə dövlət qulluğuna qəbul prosesini sürətləndirməyi və gənc mütəxəssislərin dövlət xidmətinə cəlbini artırmağı hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью