ABŞ da edam cəzası rekord həddə çatır Bir ildə 26 edam icra olunub, daha 9 edam planlaşdırılır

17.07.2025

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


ABŞ-də son altı ayda 26 nəfər edam cəzasına məhkum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  “LeMonde” qəzeti məlumat yayıb.
Məlumata görə, bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.
Belə ki, çərşənbə axşamı, iyulun 15-də 54 yaşlı Maykl Bell edam edilib. Yerli Cəzaların İcrası Departamentinin məlumatına görə, saat 18:25-də Reyford həbsxanasında ona öldürücü iynə vurulub.
Bell hələ 1993-cü ildə Ceksonvildə iki gənci - Cimmi Uest (23) və Tameka Smiti (18) qətlə yetirməkdə təqsirli bilinib.
Maykl Bell edam cəzasına məhkum edilənlərin kamerasında 30 ildən çox keçirib.
Yerli Cəzaların İcrası Departamentinin məlumatına görə, bu il ABŞ-də həyata keçirilən 26 edamın yarısından çoxu üç ştatda: Florida, Texas və Cənubi Karolinada həyata keçirilib.
21 edam öldürücü iynə ilə yerinə yetirilib. Daha üç edam azot inhalyasiyası ilə həyata keçirilib.
Digər tərəfdən, bu il ABŞ-də 2010-cu ildən bəri ilk dəfə Cənubi Karolinada güllələnmə ilə iki edam icra edilib.
İlkin məlumatlara görə, ABŞ 2025-ci ilin sonuna kimi daha doqquz edam icra etməyi planlaşdırır.
Bununla belə, bütün Amerika ştatlarında ən yüksək cəza növü kimi ölüm hökmü yoxdur. Məsələn, üç ştatda - Kaliforniya, Oreqon və Pensilvaniyada qubernatorlar tərəfindən edamlara moratorium qoyulub. Digər tərəfdən, Amerikanın 50 ştatından 23-də ölüm hökmü tamamilə ləğv edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью