Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
ABŞ-da milyonlarla insan potensial olaraq fəlakətli buz fırtınasına hazırlaşır. Proqnozlara görə, bu təbii hadisə ölkə üzrə kütləvi elektrik enerjisi kəsintilərinə və nəqliyyatın ciddi şəkildə iflic olmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, "The Independent” nəşrinin yazdığına görə, cümə günündən etibarən həftənin sonunadək sərt hava şəraiti Nyu-Meksikodan Karolina ştatlarınadək geniş əraziləri buzla örtə bilər. Eyni zamanda ölkənin şimal ştatlarında güclü qar yağışı gözlənilir.
Qiymətləndirmələrə əsasən, artıq təxminən 100 milyon insan qış hava şəraiti ilə bağlı müxtəlif xəbərdarlıqlar alıb. Sinoptiklər Arkanzas, Luiziana, Alabama və Tennessi ştatlarının bəzi bölgələrində bir neçə santimetr qalınlığında buzlaşma proqnozlaşdırırlar.
Gözlənilir ki, fırtına güclü qar, buzlu yağış və sulu qarla müşayiət olunacaq.
Şəhərlər və ştatlar aşağı temperatur və yağıntıların fəsadlarının aradan qaldırılması üçün qar təmizləyən texnika və duz ehtiyatları da daxil olmaqla, geniş resursları səfərbər edirlər.
"Ventusky” məlumatlarına görə, 80 mm-dən çox yağıntı düşəcəyi proqnozlaşdırılır. Bu isə qalınlığı 8 sm-ə çatan buz qatının yaranmasına səbəb ola bilər. Belə bir ağırlıq elektrik ötürücü xətlərin qırılmasına və ağacların aşmasına kifayət edir.
"Vəziyyət son dərəcə ekstremal olacaq və böyük ehtimalla nəqliyyatın tam iflicinə və ciddi dağıntılara gətirib çıxaracaq”, sinoptiklər xəbərdarlıq edirlər.
Aydın