ABŞ da festival zamanı baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb

27.07.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Sietl şəhərində keçirilən qastronomiya festivalı zamanı baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb.

Bu barədə "Seattle Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin mərkəzində keçirilən və minlərlə insanın iştirak etdiyi "Bite of Seattle" festivalı zamanı baş verib.
Yaralananlardan dördü xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Yüngül xəsarət alan daha bir nəfər isə hospitalizasiya olunmaqdan imtina edib.

Sietl polis idarəsi faktla bağlı araşdırma aparıldığını bildirib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılıb-saxlanılmadığı hələlik açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью