ABŞ da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı KONKRET

26.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Nyu-York ştatının qubernatoru Keti Hokul yaxınlaşan güclü fırtına ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Şükranlıq Günü qeyd etmələri zamanı gözlənilən güclü fırtına səbəbindən Nyu-York şəhərində, eləcə də Nassau, Suffolk və Vestçester dairələrində fövqəladə vəziyyət elan edirəm”, – deyə o yazıb.

Qubernator bildirib ki, meteoroloqların proqnozlarına əsasən, güclü yağış və külək gözlənilir. Bu isə təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər.

Eyni zamanda, Şükranlıq Günü münasibətilə hər il Nyu-Yorkda keçirilən “Macy’s” şar paradının təşkilatçıları təhlükəsizlik səbəbindən tədbirin cümə axşamından şənbə gününə keçirildiyini açıqlayıblar.

Nyu-Yorkun meri Zöhran Məmdani paradın təxirə salınmasına səbəb kimi şəhərə yaxınlaşan fırtınanı göstərib.

Onun sözlərinə görə, bu gün gözlənilən külək o qədər güclü olacaq ki, ağacların budaqlarını qıra və elektrik xətlərinə zərər vura bilər.

Bundan başqa, parad zamanı nəhəng hava şarlarının güclü külək şəraitində necə davranacağı da məlum deyil.

“Bilirəm ki, planlarda edilən bu dəyişiklik müəyyən narahatlıqlar yaradacaq. Lakin təhlükəsizlik hər şeydən üstün olmalıdır”, – deyə Məmdani qeyd edib.

ABŞ mediasının məlumatına görə, 1924-cü ildə başladığı vaxtdan bəri parad cəmi üç dəfə – 1942, 1943 və 1944-cü illərdə, İkinci Dünya müharibəsi zamanı ləğv edilib. 1971-ci ildə isə güclü külək və yağış səbəbindən tədbir dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью