ABŞ da gərgin anlar: Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında ATIŞMA KONKRET

22.05.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Virciniya ştatının Lenglidə yerləşən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş qərargahı yaxınlığında silahlı insident qeydə alınıb.

KONKRET.az xəbər verir ki, CBS-in məlumatına görə, hadisə zamanı MKİ-nin mühafizəçiləri avtomobillə quruma yaxınlaşan və dayanmaq əmrinə tabe olmayan bir qadına atəş açıblar.

Qadın güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onun müalicə aldığı tibb müəssisəsinin adı açıqlanmır.

Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu (FTB) araşdırmalara başlayıb. Bu, hüquq-mühafizə orqanlarının silah tətbiq etdiyi hallarda adi prosedur sayılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью