ABŞ da güc balansı dəyişir! Nümayəndələr Palatasında uçurum genişlənir

06.11.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da keçirilən ara seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Demokratlar Nümayəndələr Palatasında üstünlüyü ələ keçiriblər.

Turkustan.az xəbər verir ki, hazırda Demokratların 253, Respublikaçıların isə 157 mandatı var.

Seçkilər zamanı Respublikaçıların əvvəlki dövrdə sahib olduğu 43 yer Demokrat namizədlərə keçib. Nümayəndələr Palatasında qalan 25 yer üzrə səslərin hesablanması davam edir və qaliblər hələ müəyyənləşməyib.

ABŞ-ın seçki sisteminə əsasən, Nümayəndələr Palatasının bütün 435 üzvü iki ildən bir seçilir. Bu seçkilərdən biri prezident seçkiləri ilə eyni vaxtda, digəri isə aralıq seçkilər dövründə keçirilir.

Senatda isə səlahiyyət müddəti altı il olan üzvlərin təxminən üçdə biri hər iki ildən bir keçirilən seçkilərdə yenilənir.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью