ABŞ da həbsdə olan Artur Petrov Rusiyaya gətirilib

10.04.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya vətəndaşı Artur Petrov ABŞ vətəndaşı Kseniya Karelina ilə dəyişdirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Petrov vətəninə qayıdıb.

FSB-dən o da bildirilib ki, Karelina Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən əfv edilib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərində Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью