Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ məhkəməsi amerikalı aktrisa Merilin Monronun Brentvud bölgəsindəki evinin sökülməsini qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“Hakim evin yeni sahiblərinin onun tarixi abidə kimi tanınmasının dayandırılması ilə bağlı vəsatətini rədd edib”, – deyə bildirilib.
Avqustun sonunda agentlik evin sökülməsi təhlükəsi və iş üzrə məhkəmə qərarının veriləcəyi barədə yazmışdı.
Məlum olub ki, indiki sahiblər evi sökmək istəyiblər. Onlar qonşuda yerləşən mülklərini genişləndirmək istəyirdilər.
Əliyar Xəlil Globalinfo.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.