ABŞ da helikopter qəzası olub 6 nəfər həlak oldu

11.04.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nyu-Cersi ştatının Cersi-Siti şəhəri yaxınlığında "Bell 206" helikopteri Hudson çayına düşüb. SİA xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 6 nəfər ölüb. "Cümə axşamı (10 aprel) günorta saatlarında helikopterin Hudzon çayına düşməsi nəticəsində 6 nəfər həlak olub. Helikopter görünür, havada parçalanıb və yerə çırpılıb. Çaya düşərkən helikopterdən uçan dağıntılar görünə bilərdi", - nəşr yazır.

Nyu-York meriyası helikopterin Aşağı Manhettendən havaya qalxdığını bildirib. Polisin məlumatına görə, təyyarədə üç böyük və üç uşaq olub. Bütün cəsədlər çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью