ABŞ da hər il bir milyona yaxın kibertəhlükəsizlik insidenti qeydə alınır

22.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ-da hər il təxminən bir milyon kibertəhlükəsizlik insidenti barədə müraciət qeydə alınır.

"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton CNN telekanalının efirində bildirib.

"Amerikalılar kibertəhdidlərin real olduğunu başa düşməlidirlər. 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) təxminən 800 min kibertəhlükəsizlik insidenti barədə məlumat daxil olmuşdu. Son məlumatlara görə, bu rəqəm bir milyona çatıb", – o deyib.

Kleyton bununla yanaşı, kibertəhdidlərin sayının artmasına baxmayaraq, ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью