ABŞ da hərbi təlim faciə ilə nəticələndi: 2 pilot öldü

13.08.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Bell dairəsinin Şerif Ofisinin sözçüsü Klif Koulmanın verdiyi məlumata görə, Fort Hud hərbi bazasına məxsus AH-64 Apache tipli helikopter boş əraziyə düşüb və göyərtədə olan hər iki pilot həyatını itirib.

Helikopterin qəzaya uğraması nəticəsində ərazidə meşə yanğını başlayıb. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı bəzi evlərin sakinləri təxliyə edilib. Bildirilib ki, helikopter heç bir tikiliyə və ya mülki şəxsə çırpılmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью