ABŞ da hökumət yenidən bağlandı: Gözlər Trampın bazar ertəsi qərarında

01.02.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ-da federal hökumət büdcə böhranı səbəbilə qismən fəaliyyətini dayandırıb.

Sherg.az xəbər verir ki, Senatda təsdiqlənən büdcə paketi Nümayəndələr Palatasında səsə qoyulmadığı üçün qüvvəyə minməyib və bir çox federal qurum xərcləmə səlahiyyətini itirib. Büdcə paketinin bazar ertəsi yenidən gündəmə gətiriləcəyi və Prezident Donald Trampın imzasından sonra qismən bağlanmanın sona çatacağı gözlənilir. Rəsmilər böhranın qısa müddətli olacağını bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью