ABŞ da idxalın azalması ticarət kəsirini daraldıb

28.07.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da idxalın azalması ticarət kəsirini daraldıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin açıqladığı ilkin məlumatlara görə, əmtəə ticarəti üzrə kəsir əvvəlki ayla müqayisədə 4,2 faiz azalaraq 101,5 milyard dollara enib. “Bloomberg”in iqtisadçılar arasında keçirdiyi sorğunun median proqnozu isə ticarət kəsirinin 100 milyard dollar olacağını göstərirdi. May ayında bu göstərici 105,9 milyard dollar təşkil etmişdi.

ABŞ-ın əmtəə ixracı iyun ayında 1,8 faiz azalaraq 204,7 milyard dollara düşüb. Eyni dövrdə idxal isə 2,6 faiz azalaraq 306,2 milyard dollar olub.

Topdansatış ehtiyatları artıb

Mövsümi dəyişikliklər və iş günlərinin sayı nəzərə alınmaqla, lakin qiymət dəyişiklikləri hesaba qatılmadan hesablanan iyun ayı üzrə ilkin topdansatış ehtiyatlarının həcmi ayın sonuna 945,9 milyard dollar təşkil edib.

Bu göstərici 2026-cı ilin may ayı ilə müqayisədə 0,3 faiz, 2025-ci ilin iyun ayı ilə müqayisədə isə 4,4 faiz artıma işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью