ABŞ da İlon Maskın nəzarətində olan DOGE departamenti ləğv edildi

24.11.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Reuters xəbər verir ki, amerikalı iş adamı İlon Maskın nəzarətində olan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) rəsmən ləğv edilib.

Doğru.az xəbər verir ki, Kadrların İdarə Edilməsi Ofisinin direktoru Skott Kupor agentliyə açıqlamasında “Belə bir şey yoxdur” deyərək DOGE-nin statusu ilə bağlı sualı qısa şəkildə cavablandırıb.

Məlumata görə, departamentin ləğvi 2026-cı ilin iyulunda işlərin tamamlanmasına planlaşdırılan müddətdən səkkiz ay əvvəl baş verib.

Bundan əvvəl bildirilib ki, DOGE-də çalışan ən azı səkkiz yüksək vəzifəli əməkdaş İlon Mask dövlət xidmətini tərk etdikdən sonra istefa verib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью