ABŞ da inflyasiya gözləntisi avqustda dəyişməyib

08.09.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya gözləntisi avqustda dəyişməyib.

Banco.az xəbər verir ki, ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntisi avqust ayında dəyişməyərək 3,6 faiz səviyyəsində qalıb.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi avqust ayına dair İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrini açıqlayıb.

Təxminən 1 300 ev təsərrüfatının iştirak etdiyi sorğunun nəticələrinə görə, növbəti 12 ay üzrə median inflyasiya gözləntisi avqustda əvvəlki ayla müqayisədə dəyişməyərək 3,6 faiz olub.

İstehlakçıların uzunmüddətli inflyasiya gözləntisi 3 faiz səviyyəsində sabit qalıb, orta müddətli inflyasiya gözləntisi isə 0,1 faiz bəndi azalaraq 3,2 faizə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью