ABŞ da işsizlik müavinəti üçün müraciətlər artıb

01.05.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər artıb.

Banco.az xəbər verir ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 26 aprel ilə başa çatan həftədə 241 minə yüksəlib və bu göstərici bazar proqnozlarını üstələyib.

Bu dövrdə işsizlik müavinəti müraciətləri son 9 həftənin ən yüksək səviyyəsinə çatıb. Analitiklərin bu göstərici üçün gözləntisi isə 223 min idi.

Əvvəlki həftənin işsizlik müavinəti müraciətləri göstəricisi 222 mindən 223 minə yenidən nəzərdən keçirilib.

Son həftə etibarilə 4 həftəlik orta göstərici 5.500 nəfər artaraq 226 minə yüksəlib.

19 aprel ilə bitən həftədə davam edən işsizlik müavinəti müraciətləri 83 min artaraq 1 milyon 916 minə çatıb və bu, noyabr 2021-dən bəri qeydə alınan ən yüksək səviyyə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью