Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlakçı inamı azalıb.
Banco.az xəbər verir ki, “The Conference Board”un sorğusuna görə, avqust ayında istehlakçı inamı 0,8 bənd azalaraq 89,4 səviyyəsinə düşüb. İyul ayında inam göstəricisi 90,2 olmuşdu. “Bloomberg” analitiklərinin gözləntisi də göstəricinin 90,2 səviyyəsində qalacağı istiqamətində idi.
İstehlakçıların mövcud iş və əmək bazarı şəraitinə dair qiymətləndirmələrinə əsaslanan Cari Vəziyyət İndeksi üç ay ardıcıl azaldıqdan sonra 6,8 bənd artaraq 121,2-yə yüksəlib.
İstehlakçıların gəlir, iş və əmək bazarı şərtləri ilə bağlı qısamüddətli gözləntilərinə əsaslanan Gözləntilər İndeksi isə 5,8 bənd azalaraq 68,2 səviyyəsinə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!