ABŞ da istehsal göstəricilərində güclü bərpa qeydə alınıb

02.02.2026

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da “Təchizat İdarəetmə İnstitutu” (ISM) yanvar ayı üzrə emal sənayesinə dair Satınalma Menecerləri İndeksi (PMI) göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, ISM-in emal sənayesi üzrə PMI göstəricisi yanvar ayında aylıq müqayisədə 4,7 bənd artaraq 52,6 səviyyəsinə yüksəlib. Bazar gözləntiləri indeksin 48,5 bəndə çatacağı istiqamətində idi. Bununla da indeks 2022-ci ilin avqust ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Emal sənayesi PMI-nin alt göstəricilərindən olan məşğulluq indeksi aylıq müqayisədə 3,3 bənd artaraq 48,1 səviyyəsinə yüksəlib. Yeni sifarişlər indeksi isə 47,4 səviyyəsindən 51,7-yə qalxıb. Emal sənayesində qiymətlər indeksi yanvar ayında 0,5 bənd artaraq 59 səviyyəsinə çatıb.

Qeyd edək ki, indeksin 50 bənddən aşağı olması ümumilikdə emal sənayesi sektorunda daralma tendensiyasına işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью