Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "CBS News" telekanalı qurumun daxili sənədlərinə istinadən məlumat yayıb. İyun ayında isə 43 min qanunsuz miqrant saxlanılmışdı.
Telekanalın məlumatına görə, hazırda Xidmətinin nəzarətində 68 min nəfər var. Yanvar ayında bu rəqəm 70 min olub. İmmiqrasiya xidməti əməliyyatlarının coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Saxlanılmalar artıq hava limanlarında, immiqrasiya xidmətinin yoxlama məntəqələrində və ölkənin müxtəlif yaşayış məntəqələrində həyata keçirilir.
Telekanalın verdiyi məlumata görə, Ağ Evin hər gün 2 min nəfərin saxlanılmasını tələb etməsindən sonra yay aylarında xidmətin fəaliyyəti daha da intensivləşib və bu tendensiya iyul ayında davam edib.
Son həftələr GMX əməkdaşlarının hava limanlarında qeydiyyat masalarının və minik qapılarının yaxınlığında mülki geyimdə keçirdiyi saxlanılmalar da geniş rezonans doğurub. Bu əməliyyatlar Nəqliyyat Təhlükəsizliyi İdarəsi ilə əməkdaşlığın genişləndirilməsi nəticəsində mümkün olub.
Tramp administrasiyası saxlanılaraq deportasiya edilə biləcək şəxslərin dairəsini də genişləndirib. Belə ki, 300 mindən çox haitili miqrant müvəqqəti müdafiə statusundan məhrum edilib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi təqdim etdiyi açıqlamada bildirib ki, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri 3 milyondan çox qanunsuz miqrant ölkəni tərk edib. Onlardan təxminən 2,2 milyonu könüllü şəkildə deportasiya prosesinə qoşulub. İyulun 12-dək 985 mindən çox qanunsuz miqrant deportasiya olunub, 1 milyondan çoxu isə saxlanılıb.
Bizimyol.info