ABŞ da Jeep və Lamborghini “kəsişdirildi”...

14.08.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Orijinal avtomobil Jeeporghini adlanır...

...ABŞ-da qeyri-adi bir SUV yaradılıb.

Avtomobil Jeep Wrangler və Lamborghini Countach modellərinin xüsusiyyətlərini özündə birləşdirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu qeyri-adi layihə Şimali Karolinadan olan tüner və blogger Kaylın işidir.

Deyilənlərə görə, orijinal avtomobil "Jeeporghini" adlandırılıb.

Kayl köhnə, qısa 1995-ci il istehsalı Jeep Wrangler YJ SUV və Pontiac Fiero əsasında hazırlanmış Lamborghini Countach superkarının replikası alıb.

Hər iki avtomobilin ölçüləri oxşar, təkər bazası isə eyni idi. Kayl Jeep çərçivə şassisinə şüşə lifli Lamborghini kuzovu quraşdırıb.

O, Wrangler-in barmaqlığını, faralarını və polad rulon çubuqlarını saxlamaq üçün superkarın ön baqaj qapağını çıxarıb. Avtomobil unikal qum rəngli boya işinə malikdir.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью