ABŞ da keçmiş xokkeyçi polis tərəfindən güllələnərək öldürüldü

22.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın Minnesota ştatında 37 yaşlı keçmiş xokkeyçi Niko Saketti polis əməkdaşının açdığı atəş nəticəsində ölüb.
Bizim.Media xəbər verir ki, hadisə noyabrın 18-də Hibbinq şəhərində baş verib.
Məlumata görə, polis əməkdaşları əvvəlcə “vurub qaçma” hadisəsi ilə bağlı məlumat əsasında pikap avtomobilini axtarıblar.
Daha sonra avtomobil şəhərdəki bir obyektin arxasında aşkarlanıb və Saketti ilə qarşıdurma yaranıb.
 

Rəsmilərin bildirdiyinə görə, Saketti Çişolm şəhərinin polis əməkdaşını kənara itələyərək avtomobilinin yük yerindən uzunlüləli silah götürüb. Bundan sonra Sent-Luis dairəsinin şerif müavini ona atəş açıb.


Keçmiş xokkeyçi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun silahdan atəş açmadığı, hadisə zamanı hər iki polis əməkdaşının xəsarət almadığı bildirilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью