ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22.05.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində kiçik təyyarə qəzaya uğrayaraq, yaşayış massivinə düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Federal Aviasiya İdarəsi açıqlama yayıb.

Bildirilib ki, “Cessna 550” tipli təyyarə yerli vaxtla saat 03:45 radələrində hava limanı yaxınlığındakı yaşayış məntəqəsi üzərində qəzaya uğrayıb: "Qəza nəticəsində təxminən 15 ev və bir neçə avtomobil yanıb".

Hadisə zamanı ölən və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.

Firudin Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью