ABŞ da Konqresə nəzarət uğrunda mübarizə qızışır

02.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğun hansı partiyanın əlində qalacağı müəyyənləşəcək. Demokratlar Konqresə nəzarəti ələ keçirməyə, Respublikaçılar isə mövqelərini qorumağa çalışırlar.

Sherg.az xəbər verir ki, seçkilərin nəticələrinin Prezident Donald Trampın hakimiyyətinə və 2028-ci il prezident seçkilərinə hazırlıq prosesinə ciddi təsir göstərəcəyi gözlənilir.

Hazırda Respublikaçılar Nümayəndələr Palatasında 218-214, Senatda isə 53-47 nisbətində üstünlüyə malikdirlər. Demokratların hər iki palatada çoxluğu ələ keçirməsi üçün xalis olaraq dörd əlavə mandat qazanması lazımdır.

Reuters/Ipsos-un sentyabr sorğusuna görə, Trampın fəaliyyətinə ictimai dəstək 32 faizə qədər geriləyib. İqtisadi problemlər, qiymət artımı və miqrasiya siyasətinin seçkilərin nəticələrinə təsir edəcəyi gözlənilir.

Builki seçkilərdə 50 ştatın 36-da qubernatorlar da seçiləcək. Nəticələrin ilkin olaraq noyabrın 4-də Bakı vaxtı ilə gecə saatlarından etibarən açıqlanacağı gözlənilir. Mübarizənin gərgin keçdiyi dairələrdə yekun nəticələrin müəyyənləşməsi isə bir həftədən çox çəkə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью