ABŞ da kütləvi ixtisarlar: Tramp onları işdən çıxarır KONKRET

17.02.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Ədliyyə Departamenti immiqrasiya məsələsinə baxan bir neçə hakimi işdən çıxarıb.

KONKRET.az xəbər verir ki, Tramp hakimiyyətə gələndən bəri immiqrasiya məhkəmələrinin 20-dən çox əməkdaşı, həmçinin İmmiqrasiya Nəzarətinin İcraçı Ofisində ən azı dörd böyük və beş orta səviyyəli menecer işini itirib.

Eyni zamanda, son üç il ərzində ölkədə immiqrasiya işlərinə baxılmasında rekord gecikmələr müşahidə olunub. Məlumatlara görə, 2024-cü ildə belə məhkəmələrə nəzarət edən departamentə 1,8 milyondan çox yeni iş daxil olub. Bu, 2024-cü ilin sonuna qədər ümumi geriləməni 3,6 milyona çatdırıb.

Xatırladaq ki, Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью