ABŞ da məktəbdə atışma olub, yaralılar var AZƏRTAC

22.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 22 yanvar, AZƏRTAC

ABŞ-da Tenessi ştatının Neşvil şəhərində məktəbdə atışma baş verib.

AZƏRTAC-ın məlumatına görə, məktəbin yeməkxanasında şagirdlərdən biri digər iki şagirdə atəş açıb. Daha sonra o, silahı özünə doğru çevirərək işə salıb. Polisin verdiyi məlumata görə, hər üç şagird yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью