ABŞ da mənzil qiymətləri bahalaşır

27.01.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

"S&P Dow Jones Indices" 2025-ci ilin noyabr ayına dair milli mənzil qiymətləri indeksi üzrə məlumatları yayımlayıb.

Banco.az xəbər verir ki, məlumatlara əsasən, ABŞ-da milli mənzil qiymətləri indeksi ötən ilin noyabr ayında illik əsasda 1,4 faiz artıb.

Bu dövrdə mənzil qiymətlərində artım tempinin dəyişmədiyini və 2023-cü ilin ortalarından bəri müşahidə olunan ən zəif səviyyələrə yaxın seyr etməyə davam etdiyini göstərən indeks, ötən ilin oktyabr ayında da illik 1,4 faiz yüksəlmişdi.

ABŞ-nin 20 şəhərində mənzil qiymətlərinə dair indeks də ötən ilin noyabr ayında illik əsasda 1,4 faiz artım qeydə alıb.

İndeks üzrə bazar gözləntiləri 1,2 faiz artım istiqamətində idi. Sözügedən indeks ötən ilin oktyabr ayında 1,3 faiz yüksəlmişdi.

İndeksə daxil olan 20 şəhər arasında mənzil qiymətlərinin illik əsasda ən çox artdığı şəhər ötən ilin noyabr ayında Çikaqo olub. Bu şəhərdə mənzil qiymətləri həmin dövrdə illik 5,7 faiz artıb.

Çikaqodan sonra mənzil qiymətlərinin ən çox yüksəldiyi şəhərlər 5 faizlə Nyu-York və 3,4 faizlə Klivlend olaraq sıralanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью