ABŞ da mənzil qiymətləri illik 1,9 faiz artıb

29.09.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mənzil qiymətləri illik 1,9 faiz artıb.

Banco.az xəbər verir ki, “S&P Dow Jones Indices” iyul ayı üzrə milli mənzil qiymətləri indeksi ilə bağlı məlumatları açıqlayıb.

Məlumata görə ABŞ üzrə mənzil qiymətlərini əks etdirən milli indeks iyul ayında illik müqayisədə 1,9 faiz artıb. İndeks iyun ayında illik əsasda 1,6 faiz yüksəlmişdi.

ABŞ-ın 20 iri şəhərində mənzil qiymətlərini ölçən indeks də iyul ayında illik müqayisədə 2,5 faiz artıb.

Bazar gözləntiləri indeksin bu dövrdə 2,2 faiz yüksələcəyi istiqamətində idi. İndeks iyun ayında illik əsasda 2,2 faiz artmışdı.

İndeksə daxil olan 20 şəhər arasında mənzil qiymətlərinin illik əsasda ən çox artdığı şəhər Çikaqo olub. Çikaqoda mənzil qiymətləri iyul ayında illik müqayisədə 6,9 faiz yüksəlib. Çikaqonu 5,8 faizlə Nyu-York, 4,2 faizlə isə Klivlend izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью