ABŞ da meşə yanğınları: 60 min nəfər təxliyə edildi

03.08.2026

Icma.az bildirir, Azvision portalına istinadən.

Spokane şəhəri və ətrafında baş verən yanğınlar nəticəsində 600-dən çox yaşayış evi, biznes obyekti və digər tikili məhv olub . Alovun əhatə etdiyi ərazi minlərlə hektara çatıb və yanğın hələ də tam nəzarət altına alınmayıb.
Ştat qubernatoru Bob Ferguson fövqəladə vəziyyət elan edib və federal hökumətdən yardım istəyib. Elektrik enerjisinin kəsilməsi on minlərlə abonentə təsir göstərib, yanğınsöndürənlər isə alovun yaşayış məntəqələrinə yayılmasının qarşısını almağa çalışırlar.

Mütəxəssislərin məlumatına görə, hazırda ABŞ-da meşə yanğınları mövsümü son 10 ilin orta göstəricisini üstələyib. Ölkə üzrə 99 iri aktiv yanğın qeydə alınıb. Ən ağır vəziyyət Vaşinqton Oreqon ştatlarında müşahidə olunur, həmçinin Aydaho, Montana, Kolorado və digər ştatlarda da iri yanğınlar davam edir.

Röya Əliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью