ABŞ da milli komanda üçün qalmaqallı qarşılanma Video

09.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

ABŞ-da milli komanda üçün qalmaqallı qarşılanma - Video

Seneqal millisi DÇ-2026 üçün ABŞ-a çatdıqdan sonra hava limanında ciddi təhlükəsizlik yoxlaması ilə üzləşib.

QOL.az xəbər verir ki, futbolçulardan ayaqqabılarını çıxarmaq, həmçinin bütün çanta və baqajlarını yoxlanış üçün təqdim etmək tələb olunub.

Bu hadisə sosial mediada narazılıqla qarşılanıb, milli komandaya qarşı bu münasibət “biabırçılıq” kimi dəyərləndirilib.

Məlumata görə, tədbirlər ABŞ ərazisində keçiriləcək DÇ-2026 iştirakçıları üçün tətbiq olunan gücləndirilmiş təhlükəsizlik protokolunun tərkib hissəsidir. Bildirilir ki, prosedurların sərtləşdirilməsi ABŞ-ın miqrasiya siyasətində aparılan dəyişikliklərlə əlaqədardır. Afrika komandaları, o cümlədən Seneqal yığması, Qərb ölkələrinə səfərlər zamanı sərhəd xidmətlərinin daha ciddi nəzarəti ilə tez-tez qarşılaşır. Oxşar hallar əvvəllər də Afrika və Yaxın Şərq ölkələrinin milli komandaları ilə bağlı qeydə alınıb.

Qeyd olunur ki, Nyu-Yorkda Özbəkistan millisi də bənzər yoxlamadan keçirilib.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью