ABŞ da milyonlarla insan risk altındadır: Ölənlər var

06.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Güclü yağışlar ekstremal vəziyyətə, təcili təxliyələrə və yolların bağlanmasına səbəb olub. Altı mindən çox reys təxirə salınıb və bir çox evlər işıqsız qalıb”, – deyə nəşr bildirib.

Qeyd olunub ki, daşqın riski Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insanı əhatə edir:

“Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib. Meteoroloqlar davam edən leysanları qasırğa mövsümü xaricində gözlənilməz adlandırırlar”.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью