ABŞ da miqrantın qaçmasına kömək edən hakim həbs olunub

26.04.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 26 aprel, AZƏRTAC

ABŞ-da Miluoki vilayətinin hakimi Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən həbs olunub.

AZƏRTAC-ın məlumatına görə, o, məhkəmə zalında həbs olunmalı olan miqrantı arxa qapıdan qaçırmaqda ittiham olunur.

Keçən cümə günü FTB, immiqrasiya və narkotiklərlə mübarizə üzrə federal agentlər məişət zorakılığı ittihamı ilə məhkəmə zalında olan Meksika vətəndaşı Eduardo Flores-Ruizi həbs etməyə gəliblər. Bildirilir ki, hakim Hanna Duqan onları yayındıraraq, miqrantın məhkəmə binasından çıxmasına şərait yaradıb.

Hadisə zamanı miqrantın qaçmasının qarşısı alınıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью